• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi

Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
12.04.2021 09:41
Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.

Hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.

Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşını düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.

Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus "Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib. E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.
Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol