• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokurorun adından 30 minlik dələduzluq

Baş prokurorun adından 30 minlik dələduzluq
02.06.2014 15:01
1975-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, hazırda Yasamal rayonu, Şərifzadə küçəsi 12, aspirantların yataqxanası, bina 53, 5-ci mərtəbə, otaq 53 ünvanda yaşayan Məmişova Səadət Baba qızı daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib. Qaynar.info-ya məlumat verən şikayətçi bildirib ki, onu aldadaraq külli miqdarda pul alan dələduzlarla bağlı heç bir tədbir görülmür. Müraciəti olduğu kimi təqdim edirik: “Həyat yoldaşım Namiq Məmişov həbs olunub. Ona 2012-ci ildə Binəqədi məhkəməsi tərəfindən 4 il iş kəsilib. İlyarımdır həbsxanada yatır. Mən məhkəmənin qarşısında olarkən özünü baş prokuror Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundov mənə ərimi azad edəcəklərini bildirdilər. İlk dəfə məndən 8 min manat pul aldılar. Sonra 16 min manat istədilər. Mən ehtiyat elədiyim üçün 12 saylı notarius vasitəsilə onlara 16 min manat pul verdim. Daha sonra 4 min manat istədilər. Axırda qızıl qolbağımı və qızımın qulağımdakı sırğaları aldılar. Mən bütün pulları borca götürmüşəm. Elşad hər dəfə mənə deyirdi ki, narahat olma, baş prokurorla kirvəyəm yaxın günlərdə ərini azad edəcək. Axırda məlum oldu ki, hər ikisi dələduz imiş. Sonra borc sahibləri pullarını istəməyə başladılar. Mən Elşada və Rövşənə yalvardım ki, pulları qaytarın yoxsa özümü öldürəcəm. Ancaq onlar heç veclərinə də almırdılar. Sonda borc aldığım şəxslər pulu istəyəndə özümü zəhərləyib öldürmək istədim. Məni toksikologiya xəstəxanasına apardılar. Hazırda xəstəyəm. Yasamal RPİ-ə müraciət eləmişəm. Yasamal rayon prokurorluğu da işlə məşğul olur. Xahiş edirəm mənə və 2 övladıma yazığınız gəlsin. Mənə kömək edin. Yoxsa, özümə qəsd edib öldürəcəm".Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı araşdırma aparılandan sonra rəsmi açıqlama veriləcəyini bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol