Deputat: "Bakı gecəqondu şəhərinə çevrilib"

Bakıda tikilən qanunsuz evlərin özəlləşdirilmısi həll edilməlidir, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirən plenar iclasında çıxışı zamanı deyib.
"Sulutəpədən başlamış fikir versək, görəcəyik ki, Bakı bir gecəqondu şəhərinə çevrilib. Vaxtilə məmurların özbaşınalığı sayəsində Bakı paylanıb. Qanunsuz yaşayan vətəndaş məsələsi də bir problemdir. Adətən gecəqondularda regionlardan gəlmiş insanlar yaşayır: "Onlar sosial həyat şəraitlərinə görə gəlib burada yaşayırlar və burada inək-qoyun saxlayırlar. Ölkədə qurumlararası münasibətlər olduqca acınacaqlı vəziyyətdədir. Bələdiyyənin verdiyi sənədi icra hakimiyyətləri qəbul etmir. Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyil, onda onun fəaliyyətini dayandırmaq lazımdır. Yüzlərlə qanunsuz evlər miras qalıb. Ona görə də qanunsuz evlərin özəlləşməsi məsələsini həll edək. Həmin şəxslərin öz rayonlarına qayıtması üçün şərait yaratmalıyıq. Vaxtilə Ankara da gecəqondu şəhərini xatırladırdı. Amma Türkiyə hökuməti bu məsələni həll etdi” - deyə Fazil Mustafa bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























