• $
  • €
  • ₽
  • ₺
  • £

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”
13.04.2021 15:00
Vətəndaş bilməlidir ki, yalnız ikinci doza vaksini vurdurduqdan bir müddət sonra bədənində immunitet yaranır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vaksinasiya koronavirusdan 100 faiz qorumadığı üçün, heç kəs tam arxayınlaşmalı deyil:

"Immun sistemi fərqli reaksiya verir. Misal üçün yaşlı insanlarda immun sistemi zəif olduğuna görə, ola bilər ki, o immun titrləri gecikə bilər, yaxud az ola bilər.
 
Bilməliyik ki, vaksinasiya bizi virusdan tam 100 faiz qorumur. Ona görə də, yaxşı olar ki, biz həyat tərzimizi pandemiyanın ilk günlərində olduğu kimi davam etdirək. Maska taxmaq, gigiyena qaydalarına riayət etmək, ara məsafəsini saxlamaq lazımdır. Peyvənd olunsaq da, hər ehtimala qarşı sanitar-epidemioloji qaydaları gözləmək mütləqdir. Qaydalara riayət etmək yoluxmanı minimuma gətirib çıxara bilər”.

T.Eyvazov əlavə edib ki, biz o zaman arxayın ola bilərik ki, yoluxma sayı kəskin azalacaq və epidemik vəziyyət aradan qalxacaq: "Ancaq buna hələ çox var, belə ki, pandemiyanın bitməsi üçün əhalinin əksəriyyətinin peyvənd olunması mütləqdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol