• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
13.04.2021 17:06
Hər zaman abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən "Nar” satış və xidmət mərkəzlərini yeniləməsi münasibətilə müştərilər üçün xüsusi aksiya keçirir. Belə ki, mobil operator "Yeniliklər Dalğası” kampaniyasına start verir. Kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə etmək üçün fərqli yarışmalar təqdim ediləcək.


#YeniliklərDalğası ilə təqdim olunan oyun və yarışmalar "Nar”ın "Facebook”, "Instagram” və veb-səhifəsində keçiriləcək. Yarışlarda iştirak edən hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu kodla onlayn lotoreyada iştirak edib, dəyərli hədiyyələr qazanmaq mümkün olacaq. Həmçinin aprelin 22-dək yenilənmiş "Nar” mağazalarında bütün aksesuarlara 50%-dək endirimlər tətbiq olunacaq. Kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən əldə etmək olar.


Qeyd edək ki, mobil operator Fəvvarələr meydanı, "Elmlər Akademiyası”, "Sahil”, "Əhmədli” metrostansiyaları yaxınlığındakı, eləcə də Lənkəran, Şəki, Quba da daxil olmaqla 22 "Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol