Gənclər Operativ qərargaha etiraz edir - "Bəyəm gəlinlik COVİD-19-u artırır?!"

Nəzir və Aysu 2016-cı ilin
noyabrında tanış olub. Hər ikisi Azərbaycan Memarlıq Universitetinin məzunudur.
Cütlüyün 2020-ci ilin fevralında həri mərasimləri baş tutub. Həmin ilin
iyununda, daha sonra isə oktyabrında toy keçirməyi planlaşdırsalar da karantin
səbəbindən təxirə salmalı olublar. Nəzir və Aysu gözləməkdən
yorulduqlarını dedilər.
"Günü uzada-uzada payıza qədər apardıq. Amma nə korona bitdi, nə də qadağa götürüldü. Toy sevginin, xoşbəxtliyin əsas göstəricisi deyil. Amma hər kəsin bir xəyalı var. Xanımların çoxu gəlinlik geyinməyi xəyal edir. Birimiz ailənin tək övladı, digərimiz isə evin son beşiyidir. Hər ikimizin valideynləri bizim toyumuzu təmtəraqlı etmək istəyir. Özəl günümüzü mən də yaxşı qeyd etmək istəyirəm", - deyə Aysu Anews.az-ın suallarını WhatsApp üzərindən cavablandırarkən bildirdi.

Toy qadağasından narazı olan, karantinə görə toyu baş tutmayan Arzu Qurbanovanın (şərti ad, red.) fikrincə, toyların keçirilməsinə icazə verilsə bu heç də COVİD-19 xəstələrinin statistikasına mənfi təsir etməyəcək.
"COVİD-19-dan dünyasını dəyişənlər haqqında məlumatımız var, bir çoxumuz da ciddiliyinin fərqindəyik. Amma toylar keçirilsə bu yoluxma artacaqmı?! Hər həftə hansısa kafe ya restoranda otururam. Eyni məkanda masa arxasında yüzlərlə insan olur, canlı musiqi hətta məşhur müğənnilərin iştirakı ilə insanlar əylənir, istirahət edirlər. Bu insanlar qohum olsa nə fərqi var? Gəlinlik geyinməkmi koronanı artırır?! İllərdir ki, gəlinlik geyinmək istəyən insanlar var. Onların xəyallarının gerçəkləşməinə niyə mane olurlar?! Yaxud da iki musiqiçinin müşayiəti ilə, vağzalı sədaları altında gəlinin ata evindən çıxması ilə koronavirus artacaqmı? Müəyyən məhdudiyyətlərlə məclislərin təşkilinə icazə verilsə, insanlar gizli şəkildə toy etmək məcburiyyətində qalmaz.", - deyə Arzu Qurbanova söylədi.
Müsahibimiz toyların valideynlər üçün də vacibliyindən söz açdı. "Valideynlərimiz indiyə kimi qohum-qonşu toyuna yaxşı pul salıb ki, özləri toy edəndə əvəzini ala bilsinlər. Toylar yeni ailə quranlara maddi cəhətdən dayaq idi", - deyə o, bildirdi.
8 aydır ki, övladına toy etməyi gözləyən Kəmalə Rzayeva qadağa səbəbindən toysuz evlənən gənclərin gələcəkdə peşman olacağını dedi.
"Toy elimizin adət-ənənəsidir. Övladımın ən xoş günündə oynamaq, dosta-düşmənə xoşbəxtliyimi çatdırmaq istəyirəm. Bir tək nigah bağlamaqla gəlin gətirməyi düşünmürəm. Ona görə də oğlumdan səbrli olmasını istəmişəm. Məsul şəxslərin tez zamanda bu məsələni həll edəcəyinə inanıram ”.
"Neptun" şadlıq sarayının baş inzibatçısı Asif Cəfərov toyların qadağa olunması səbəbindən ziyana düşüb.
"Maddi ziyandan nə qədər danışsam azdır. Təkcə şadlıq evinin özünün 120 nəfərə yaxın işçisi vardı. Daha sonra ərzaq gətirən firmalar, şadlıq sarayları ilə əməkdaşlıq edən ticarət mərkəzləri, mağazalar var. Hamısı işsiz qalıb. Həmçinin kənd təsərrüfatı ilə məşğul olanların bir qismi toylar vasitəsiylə gəlir əldə edirdi. Həmin insanlara maddi ziyan dəydi. Düşünürəm ki, gözəllik salonları, gül və qızıl mağazaları, ev alqı-satqısı ilə məşğul olanların qazanclarının azalmasında başlıca səbəb toylara qoyulan qadağadır. Məsələnin mənəvi tərəfi də var. 2020-ci ildə toylar olmadığı üçün 2021-ci ildə doğuş sayında azalmalar olacaq. Bu da 5-6 ildən sonra öz fəsadlarını göstərəcək. Məktəbdə şagird, orduda əsgər qıtlığı yaranacaq".
Asif Cəfərov insanların toya gedərkən bir neçə saatlıq olsa belə sıxıntılardan uzaqlaşdığını düşünür.

Bəs görəsən şadlıq evlərinin işləməməsi ölkəyə nə kimi iqtisadi ziyan vurub? İqtisadçı Akif Nəsirli bildirdi ki, toylara qoyulan qadağa həm vətəndaşların, həm də dövlətin büdcəsinə ziyan vurur.
"Toy biznesi ölkəmizdə geniş yayılıb və bir çox sahə ilə birbaşa əlaqədədir. Toy və digər mərasimlərin keçirilməsi ilə bağlı qoyulan qadağa orada çalışan insanların işlərindən məhrum edilməsi deməkdir. Həmin işçilər çörəkpulu qazana bilmir. Həmçinin şadlıq sarayları dövlətə müəyyən miqdarda vergi verir. Restoran vergiləri böyük məbləğ yaratmasa da atalar demiş "dama-dama göl olar", - deyə iqtisadçı söylədi.

" Restoranlara çoxlu maddi zərər dəyib. Restoran sahibləri hələ də toyların bərpasına ümid edir onların fəaliyyət istiqamətini dəyişmirlər. Şadlıq evlərini sahibkarın fantaziyasıdan asılı olaraq ticarət obyekti, istehsal müəssəsi və s. kimi istifadə etmək olar. İnkişaf etmiş ölkələrin çoxunda mövcud vəziyyətə ayaqlaşma prosesi gedir, bizim sahibkarların çoxu isə gözləməyə üstünlük verir. Bu da ölkəmizdə sahibkarlıq mədəniyyətinin aşağı səviyyədə olması ilə bağlıdır".

Cütlük artıq
qanuni nigaha daxil olub və düşünürlər ki, müəyyən qaydalar çərçivəsində toylar
keçirilə bilər. . "Onsuz da hər yerdə insanlar çoxdur, ara məsafəsinə
diqqət yetirərək, açıq havada toylara icazə verilə bilər", -
deyə Aysu vurğuladı.

2020-ci il 14 mart
saat 00:00-dan etibarən Azərbaycanda toy məclislərinin keçirilməsi
qadağan edilib. Müxtəlif zamanlarda karantin qaydalarında yumşalmalar olsa da,
bu qadağa bu günə kimi qüvvədədir.
Toy qadağasından narazı olan, karantinə görə toyu baş tutmayan Arzu Qurbanovanın (şərti ad, red.) fikrincə, toyların keçirilməsinə icazə verilsə bu heç də COVİD-19 xəstələrinin statistikasına mənfi təsir etməyəcək.
"COVİD-19-dan dünyasını dəyişənlər haqqında məlumatımız var, bir çoxumuz da ciddiliyinin fərqindəyik. Amma toylar keçirilsə bu yoluxma artacaqmı?! Hər həftə hansısa kafe ya restoranda otururam. Eyni məkanda masa arxasında yüzlərlə insan olur, canlı musiqi hətta məşhur müğənnilərin iştirakı ilə insanlar əylənir, istirahət edirlər. Bu insanlar qohum olsa nə fərqi var? Gəlinlik geyinməkmi koronanı artırır?! İllərdir ki, gəlinlik geyinmək istəyən insanlar var. Onların xəyallarının gerçəkləşməinə niyə mane olurlar?! Yaxud da iki musiqiçinin müşayiəti ilə, vağzalı sədaları altında gəlinin ata evindən çıxması ilə koronavirus artacaqmı? Müəyyən məhdudiyyətlərlə məclislərin təşkilinə icazə verilsə, insanlar gizli şəkildə toy etmək məcburiyyətində qalmaz.", - deyə Arzu Qurbanova söylədi.
Müsahibimiz toyların valideynlər üçün də vacibliyindən söz açdı. "Valideynlərimiz indiyə kimi qohum-qonşu toyuna yaxşı pul salıb ki, özləri toy edəndə əvəzini ala bilsinlər. Toylar yeni ailə quranlara maddi cəhətdən dayaq idi", - deyə o, bildirdi.
8 aydır ki, övladına toy etməyi gözləyən Kəmalə Rzayeva qadağa səbəbindən toysuz evlənən gənclərin gələcəkdə peşman olacağını dedi.
"Toy elimizin adət-ənənəsidir. Övladımın ən xoş günündə oynamaq, dosta-düşmənə xoşbəxtliyimi çatdırmaq istəyirəm. Bir tək nigah bağlamaqla gəlin gətirməyi düşünmürəm. Ona görə də oğlumdan səbrli olmasını istəmişəm. Məsul şəxslərin tez zamanda bu məsələni həll edəcəyinə inanıram ”.
"Neptun" şadlıq sarayının baş inzibatçısı Asif Cəfərov toyların qadağa olunması səbəbindən ziyana düşüb.
"Maddi ziyandan nə qədər danışsam azdır. Təkcə şadlıq evinin özünün 120 nəfərə yaxın işçisi vardı. Daha sonra ərzaq gətirən firmalar, şadlıq sarayları ilə əməkdaşlıq edən ticarət mərkəzləri, mağazalar var. Hamısı işsiz qalıb. Həmçinin kənd təsərrüfatı ilə məşğul olanların bir qismi toylar vasitəsiylə gəlir əldə edirdi. Həmin insanlara maddi ziyan dəydi. Düşünürəm ki, gözəllik salonları, gül və qızıl mağazaları, ev alqı-satqısı ilə məşğul olanların qazanclarının azalmasında başlıca səbəb toylara qoyulan qadağadır. Məsələnin mənəvi tərəfi də var. 2020-ci ildə toylar olmadığı üçün 2021-ci ildə doğuş sayında azalmalar olacaq. Bu da 5-6 ildən sonra öz fəsadlarını göstərəcək. Məktəbdə şagird, orduda əsgər qıtlığı yaranacaq".
Asif Cəfərov insanların toya gedərkən bir neçə saatlıq olsa belə sıxıntılardan uzaqlaşdığını düşünür.
"Toylar
psixoloji gərginliyi üzərimizdən atmağa kömək edirdi. İndi çox insan evə
qapanıb, problemlər içərisindədir. Zənnimcə son zamanlarda intihar hallarının
artmasının əsas səbəblərindən biri də maddi və psixoloji gərginliklərdir.
Fəsadların nə qədər çox olduğu göz önündədir".

Bəs görəsən şadlıq evlərinin işləməməsi ölkəyə nə kimi iqtisadi ziyan vurub? İqtisadçı Akif Nəsirli bildirdi ki, toylara qoyulan qadağa həm vətəndaşların, həm də dövlətin büdcəsinə ziyan vurur.
"Toy biznesi ölkəmizdə geniş yayılıb və bir çox sahə ilə birbaşa əlaqədədir. Toy və digər mərasimlərin keçirilməsi ilə bağlı qoyulan qadağa orada çalışan insanların işlərindən məhrum edilməsi deməkdir. Həmin işçilər çörəkpulu qazana bilmir. Həmçinin şadlıq sarayları dövlətə müəyyən miqdarda vergi verir. Restoran vergiləri böyük məbləğ yaratmasa da atalar demiş "dama-dama göl olar", - deyə iqtisadçı söylədi.
Akif Nəsirli
inkişaf etmiş ölkələrin belə qadağalar zamanı zərəri minimuma endirməyindən
danışdı.

" Restoranlara çoxlu maddi zərər dəyib. Restoran sahibləri hələ də toyların bərpasına ümid edir onların fəaliyyət istiqamətini dəyişmirlər. Şadlıq evlərini sahibkarın fantaziyasıdan asılı olaraq ticarət obyekti, istehsal müəssəsi və s. kimi istifadə etmək olar. İnkişaf etmiş ölkələrin çoxunda mövcud vəziyyətə ayaqlaşma prosesi gedir, bizim sahibkarların çoxu isə gözləməyə üstünlük verir. Bu da ölkəmizdə sahibkarlıq mədəniyyətinin aşağı səviyyədə olması ilə bağlıdır".
Toylara qoyulan qadağalar qızıl biznesinə də mənfi təsir edib. Qızıl satışı ilə məşğul olan Zəhra Vəliyev deyir ki, gəliri azalıb.
"Toyların bərpasına inanmıram, bu səbəbdən mağazada
məhsul dəyişikliyi etmək qərarına gəlmişəm. Qızıldan başqa kənd təsərrüfatı məhsulları satmağı planlaşdırıram", - deyə o, bildirdi.
Bəs görəsən pandemiya şəraitində toylara olan qadağaları hansı şərtlər daxilində bərpa etmək olar.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, çox az sayda
dəvətliləri toplamaq, hətta çağırılanları saatına görə dəyişməklə toy etmək olar.
"Müşahidələr göstərir ki, toylara qoyulan qadağalar insanlar arasında psixoloji gərginliyi artırıb. Demoqrafiq vəziyyət pozulub.
Doğulan uşaqların sayı azalıb. Qızıl, gül mağazaları, şadlıq evləri böyük zərər
görüb. Sadəcə yeni model toylar keçirilməlidir. Mövsümlə bağlı açıq havada to təşkil etmək olar. Toylara ciddi nəzarət edilməli, təyin olunmuş qaydanı pozanlar cərimələnməlidir. Qonaqlar maskada oynamalı, bir biri ilə sosial məsafə saxlamalıdırlar", - deyə sosioloq vurğuladı.
Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib