• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA anlaşma Memorandumu imzaladı

AFFA anlaşma Memorandumu imzaladı
14.04.2021 13:49
Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

Anews.az-ın məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar imzalanma tədbiri videokonfrans formatında təşkil olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir, Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Csanyi, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilbek Jaksıbekov, Qırğız Futbol İttifaqının prezidenti Kanatbek Mamatov, Türkmənistan Futbol Federasiyasının prezidenti Arslan Aynazarov, Özbəkistan Futbol Assosiasiyasının prezidenti Abdulsalom Azizov və Türk Şurasının baş katibi Bağdad Amireyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib: "Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur. Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq. Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunun imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

Qeyd edək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Servet Çetin və baş katib Kadir Kardaş, Macarıstan Futbol Federasiyasının vitse-prezidenti Sandor Berzi, Qırğız Futbol İttifaqının vitse-prezidenti Dastanbek Konakbayev, Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti Ravşan İrmatov, Türk Şurası baş katibinin müavini Ömer Kocaman və layihə direktoru Ali Çiviler iştirak ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol