• $
  • €
  • ₽
  • ₺
  • £

“İndiyə qədər bu barədə açıq danışmırdım, ancaq...” - Paşinyandan Şuşa ETİRAFI

“İndiyə qədər bu barədə açıq danışmırdım, ancaq...” - Paşinyandan Şuşa ETİRAFI
14.04.2021 19:12
Şuşanın itirilməsini həzm edə bilməyən Ermənistan rəsmiləri növbəti dəfə şəhər uğrunda döyüşlərdə Azərbaycan Ordusuna məğlubiyyətin səbəblərini gündəmə gətiriblər.

Pravda.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağdakı hərbi əməliyyatlarla bağlı məsələləri araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib.

Paşinyan deyib ki, onun Şuşadakı məğlubiyyətlə bağlı bir sıra sualları var. Hökümət başçısı parlamentdə bu sualların konkret şəxslərə ünvanlanmasının vacibliyini söyləyib.

"İndiyə qədər bu barədə açıq danışmırdım ... Ancaq müzakirələr zamanı Şuşanın əldən verilməsilə bağlı suallarımın olduğunu qeyd etdim. Hesabatların nə qədər etibarlı olduğunu yoxlamalıyıq, təhrif olunmuş məlumatlar olubmu? Bu və ya digər məlumat qəsdən və ya təsadüfən verilib?", - Paşinyan deyib.

Hökümət başçısı bildirib ki, Qarabağdakı hərbi əməliyyatlarla bağlı məsələləri araşdıracaq komissiya müharibə barədə ətraflı məlumat verməlidir, lakin bu, ictimaiyyətə açıqlanmayacaq.

"Məsələn, Aprel müharibəsini araşdırmaq üçün komissiyanın hazırladığı hesabatların 90% -i dövlət sirrini ehtiva edir və dərc olunmur".

Paşinyan indiki vəziyyətdə özünü hələ də günahkar hesab etdiyini bildirib.

Şuşadəki Mədəniyyət Evinin partlaması nəticəsində çox sayda polisin öldüyünü xatırladan N.Paşinyan hadisənin səbəblərinin aydınlaşdırılmalı olduğunu vurğulayıb.

O, 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağ münaqişəsi zonasında baş verən müxtəlif döyüş əməliyyatları epizodları ilə bağlı bir çox cinayət işinin başlanıldığını xatırladıb.

2020-ci il oktyabrın 4-də Şuşada erməni polislərin təxribat hazırlamaq üçün toplaşdığı Mədəniyyət evinin vurulması nəticəsində düşmən 20-dən çox itki vermişdi. 200-ə yaxın polis isə yaralanmışdı./Modern.az
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol