• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama
14.04.2021 23:31
Koronavirus keçirən xəstələrin 80 faizinin xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmadığı ortaya çıxıb. Onların tədricən və uzunmüddətli bərpa olunmaları lazımdır.


Bu barədə kardioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru Simon Matskeplişvili danışıb. Onun sözlərinə görə, koronavirus keçirən xəstələr çox vaxt özlərini tamamilə sağlam hiss etmədiklərindən şikayət edirlər.


"Bu gün postkoronavirus sindromunun təyin edilməsi və onun düzgün müalicəsi virusun özünün müalicəsindən az əhəmiyyət daşımır. Kiminsə yuxusu pozulur, kimlərdəsə baş ağrısı və ya əzələ ağrıları, aritmiya və ürək-damar xəstəlikləri müşahidə olunur, bəziləri isə mədə-bağırsaq problemlərindən şikayət edir. Beləliklə, postkoronavirus sindromu bir-biri ilə əlaqəsi olmadığı düşünülən çox geniş simptomları əhatə edir.


COVID-19-u keçirən insanların 80 faizi xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmır: tədricən yaxşılaşmaları lazımdır. Bir insan nə qədər yüngül xəstələnirsə, postkoronavirus sindromu bir o qədər uzanır", - ekspert əlavə edib.


Xatırladaq ki, həkimlər koronavirusun fəsad sayına görə qripi iki dəfə üstələdiyini bildirmişdi. Eyni zamanda, COVID-19-un əsas xüsusiyyətlərdən biri də nevroloji və zehni təbiətin ağırlaşmalarıdır.
 
///publika.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol