Ordumuzun əsgəri hərbçi yoldaşını bıçaqladı

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Yaralının hərbçinin vəziyyəti kafi qiymətləndirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























