• $
  • €
  • ₽
  • ₺
  • £

Futbolçunun qayınanasını döyən şəxslə bağlı - Rəsmi açıqlama

Futbolçunun qayınanasını döyən şəxslə bağlı - Rəsmi açıqlama
17.04.2021 10:27
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb. İ. Kvritiya məsələdə ittiham edilən şəxsin saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını iddia edib. Daxili İşlər Nazirliyi sözügedən iddia ilə bağlı açıqlama yayıb. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, törətdiyi əməldə təqsirli bilinən, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Namiq Bayramov tutulub: "Onun azadlığa buraxılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Fakt üzrə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”. 

Xatırladaq ki, İ.Kvirtiyanın sözlərinə görə, aprelin 8-dən 9-na keçən gecə naməlum kişi onun anasının mənzilindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olub və 5 saat yarım – 6 saat ərzində valideynini bıçaqla təhdid edib: "Bizi Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə çağırdılar. Orada yüzüncü dəfə baş verənləri danışdıq. Növbəti dəfə şikayəti imzaladıq. Daha sonra bizi istintaq şöbəsi rəisinin yanına göndərdilər. Yenə bir qədər baş verənləri danışdıq və nəhayət bizi buraxdılar. Evə gələndə bizdən yenidən qayıtmaq və Yasamal rayon prokurorunun müavininə hesabat verməyimiz istənildi. Növbəti dəfə danışdıq və bizi hücum edən şəxsin saxlanıldığı və heç bir təhlükə olmadığına əmin edərək yenidən buraxdılar. Çıxan kimi dərhal polis idarəsinə zəng vururam. Oradan bizə deyirlər ki, hücum edən şəxsi buraxırlar".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol