“Peyvəndlər ölkələr arasında bərabər paylanmır” - ÜST

"Bəşəriyyət koronavirus peyvəndlərinin ölkələr arasında bərabər bölgüsünü təmin edə bilmir".
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus BMT İqtisadi və Sosial Şurasının iclasında açıqlama verib. Onun sözlərinə görə, dünyada 832 milyon peyvənd tədarükünün 82% -dən çoxu yüksək və orta gəlirli ölkələrin payına düşür. Az gəlirli ölkələrdə isə bu göstərici təxminən 0,2% -dir.
Onun sözlərinə görə, COVAX vasitəsilə tədarük həcminin 100 milyondan çox dozaya çatması lazım idi, lakin bu günə qədər yalnız 40 milyon doza peyvənd tədarük olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























