• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir təhsil sahəsində olan əsas problemləri açıqlayıb

Nazir təhsil sahəsində olan əsas problemləri açıqlayıb
19.04.2021 15:03
"Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: "Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.

E.Əmrullayev bildirib ki, daha çox insanı onlayn formada təhsilə cəlb etmək mümkündür: "Təhsil və tədqiqatların keyfiyyətinin qaldırılması ən başlıca problem olaraq qalır. Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir”.

O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarəedilməsi məsələsi gündəmə gəlməlidir: "Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Azərbaycanda ali təhsil müəssisələrinin strukturu kifayət qədər ləng şəkildə dəyişirdi. İndiki şəraitdə pandemiya daha çox instisional dəyişikliyə zəmin yaradacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol