• $
  • €
  • ₽
  • ₺
  • £

5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi

5 aydır axtarılan əsgərin şəhid xəbəri gəldi
20.04.2021 10:33
Beş aydır itkin düşən Hacıqabul rayonunun Muğan qəsəbəsindən olan Vətən müharibəsi iştirakçısı Kərimli Qalası Müslüm oğlunun şəhid xəbəri gəlib. 

Bu barədə "Qafqazinfo”ya müvafiq İcra Hakimiyyətinin qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Q. Kərimlinin şəhid olması ilə bağlı ailə üzvlərinə məlumat verilib və onlar nəşin gətirilməsi üçün sabah Füzuli rayonuna gedəcəklər:

"Qalası ailə üzvləri ilə sonuncu dəfə noyabrın 2-də əlaqə saxlayıb. O vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Qalası Kərimlinin Daşaltı istiqamətində minaya düşdüyü ehtimal olunur”. 

İcra nümayəndəliyindən həmçinin deyilib ki, şəhid əsgər mərhum anasının yanında dəfn olunacaq: "Qalası anasını kiçik yaşlarında itirib. Dostları ilə danışanda onlara vəsiyyət edib ki, əgər mən ölsəm anamın yanında dəfn edin. Ona görə də, vəsiyyətinə uyğun olaraq anasının yanında dəfn olunacaq”.

Xatırladaq ki, Q. Kərimli 8 yanvar 2000-ci ildə anadan olub. Vətən müharibəsində, Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol