• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyinə ictimai nəzarət artırılır

Daxili İşlər Nazirliyinə ictimai nəzarət artırılır
20.04.2021 12:45
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yaradılmasına başlanılıb.

Üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair tələblər aydınlaşdırılıb.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədliyini irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 05.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək nazirlikdə yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.

Müraciətə namizədlə əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:

1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti; 

2. Namizədin tərcümeyi-halı;

3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

4. Namizədin humanitar, xüsusən hüquq sahəsi üzrə təhsilə və təcrübəyə malik olmasını sübut edən sənədin surəti (diplom, əmək kitabçası).

Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Sənədlər Nazirliyin Katibliyinə elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. 

Əlaqə telefonları: (+99412) 590-92-28, 590-91-03.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar aşağıdakı tərkibdə seçki komissiyası yaradılmışdır:

Komissiyanın sədri:
İsmət Əliyev - Nazir müavini;
Komissiyanın üzvləri:
Elçin Məmmədli - Şəxsi Heyətlə İş İdarəsinin rəisi;
Elşad Hacıyev - Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi;
Əbülfət Həsənov - Katibliyin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin bölmə rəisi;
Leyla Xəlilova - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin nümayəndəsi;
Alı Mustafayev - "Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin nümayəndəsi;
Təbriz Yusubov - "Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin nümayəndəsi;
Gülşən Bəhramlı - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin nümayəndəsi;
Ülvi Məmmədəliyev - "Həyat” Humanitar Dəstək ictimai birliyinin nümayəndəsi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol