• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)

Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib (FOTOFAKT)
20.04.2021 13:49
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən "Arizarum Qrup” MMC-nin ötən il üçün əldə etdiyi gəlirlər açıqlanıb.
 
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, "Arizarum Qrup” MMC ötən il 14 milyon rubl (184,2 min dollar) gəlir əldə edib. "Arizarum Qrup” MMC-nin xalis mənfəti isə 9,7 milyon rubl (127,6 min dollar) olub. 2019-cu illə müqayisədə Zemfira Əsədovaya məxsus şirkətin mənfəəti 42 min rubl (553 dollar) artıb.

Məlumat üçün bildirək ki, "Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.

Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda "Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də "Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol