• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun sabiq müəllimi vəfat edib

BDU-nun sabiq müəllimi vəfat edib
21.04.2021 10:08
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin sabiq müəllimi Ağamusa Zeynalov vəfat edib.

A.Zeynalov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağamusa Bahadur oğlu Zeynalov 1940-cı il yanvarın 10-da anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub və 1963-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib.

O, 1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunda "Gənc müəllim" qəzetində işləyib,1973-1977-ci illərdə BDU-nun "Bakı universiteti" qəzetində redaktor vəzifəsində çalışıb. 1965-1994-cü illərdə isə "Bakı universiteti" nəşriyyatına direktorluq edib.

A.Zeynalov 1994-cü ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində çalışıb. Tələbələrin sevimli müəllimi kimi tanınan A.Zeynalov bir neçə il bundan öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Fakültədə yüzlərlə jurnalistin yetişməsində rolu olan A.Zeynalov 50 elmi məqalə, 600-dən çox publisistik məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol