• $
  • €
  • ₽
  • ₺
  • £

Türk generaldan Ermənistana: "Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik"

Türk generaldan Ermənistana: "Səsinizi kəsin, yoxsa Göyçəyə də, İrəvana da girərik"
21.04.2021 14:59
''Ermənilər elə etməsinlər ki, Ağrı dağında düyü yemək istədiyimiz halda, gəlib Göyçə mahalında, Zəngəzur elində və qədim Azərbaycan torpağı İrəvanda rəqs etməyək''.

Bu sərt açıqlamanı Metbuat.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz vurğulayaraq bildirdi ki, gerbində belə Ağrı dağının rəsmi olan Ermənistan, beynəlxalq diplomatik qaydaları heçə sayaraq dövlətlərarası nəzakət prinsiplərini görməzdən gəlir.

Onların bu addımını həyasızlıq adlandıran Yücel Karauz deyir ki, Ermənistan Ağrı dağı xülyasından əl çəkməsə ehtiyac olacağı təqdirdə Göyçəyə də, İrəvana da türkün ayağı dəyəcəkdir.

"Görünən odur ki, ac toyuq yuxusunda darı gördüyü kimi Ermənistan rəhbərliyi də Ağrı dağı sevdasından əl çəkmir. 2011-ci ildə Ermənistan Prezidenti tələbələrin Ağrı dağı ilə bağlı sualını belə cavablandırmışdı:

"Biz Qarabağı aldıq, bizim nəsil vəzifəsini yerinə yetirdi. Sizlər də öz üzərinizə düşən vəzifəni yerinə yetirib Ağrı dağını alacaqsınız”. Eyni zamanda keçmiş illərdə Rusiyanın anti-türk müxalifətçi siyasətçilərindən olan Vladimir Jirinovski, "yaxın 15 il ərzində Ermənistan bayrağı Ağrı dağında dalğalanacaq” deyə bildirmişdi.

Hər halda, Ermənistan Prezidenti Armen Sarkisyanın Gürcüstana səfəri çərçivəsində yol verdiyi hərəkətlər də bunu təsdiqləyir’’.

General deyir ki, 2019-cu il aprelin 24-də (24 aprelin hər il qondarma "erməni soyqırımı”nın qeyd olunduğu gün olduğunu diqqətdən qaçırmayaq) Suriyada PKK və YPG-nin nəzdində bir erməni taboru təşkil edilməsi də, çox güman ki, bu tabor heç də təsadüfən yaradılmayıb.

"Bu məqamda bir atalar sözünü xatırlatmağı özümə borc bilirəm. Deyir, qurd gəlincə məhəllənin bütün itləri bir araya gələr. Bunu təsadüfən xatırlatmadım. Məsələ burasındadır ki, bəhs etdiyim erməni taboru 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsi zamanı Ağrı dağından və İrandan keçərək, Qarabağda Azərbaycana qarşı döyüşməyə cəhd etdi. Onu da deyim ki, onlar Suriyadan gəldikləri üçün erməni dilində bilmirdilər və PKK terrorçuları ilə aralarında qurulan rabitə əlaqəsi zamanı aparılan danışıqlar qeydə alınıb. Bu da ermənilərin öz fəaliyyətlərində hər zaman terrorçuluğa əsaslandığını bir daha təsdiqləyir.

Ermənilərin Ağrı dağı xəstəliyindən söz düşmüşkən, onu da xatırladım ki, PKK içindəki "Ağrı qartalları” adlı ermənilərdən təşkil edilən daha bir terroçu birləşmə də məhz Qarabağ müharibəsi zamanı tamamilə darmadağın edilib’’.

General qeyd etdi ki, görünən odur ki, Azərbaycanın güclənməsi düşmənlərimizi ciddi şəkildə narahat edib. Və onlar bu narahatlıqlarını indi də Ağrı dağı "kölgəsindən” nümayiş etdirməyə cəhd göstərirlər. Lakin bu cəhdlər əbəsdir. Bu gün yatanda yuxusunda darı görən ac toyuqlara, yəni, Ağrı dağı xülyasında olanlara məsləhət görərdim ki, ehtiyatlı olsunlar. Xaricdəki bəzi güclərin (Ağrı dağı təxribatının arxasında da Fransa barmağının olmasına dair məlumatlar dolaşır) oyununa alət olmasınlar. Yəni düyü həvəsinə düşüb, əllərindəki bulqurdan da olmasınlar. Çünki onlar bu şəkildə boş xəyallar arxasınca qaçdıqca erməni xalqı daha da ağır durumlarla üzləşəcək.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstana səfəri çərçivəsində bir xatirə kitabına Ağrı dağının şəklini çəkərək, təəssüratını yazıb və bir daha erməni olduğu üçün təbii olaraq təxribatından da qalmayıb.

Bunun ardınca da Gürcüstan Prezidenti Salome Zurabişvili bu məlumatı sosial media hesablarında paylaşaraq gərginliyə səbəb olacaq addım atdı. Bu məsələyə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazganın özünəməxsus diplomatik cavab verərək, Ermənistanın və ya onun prezidentinin adını çəkmədən məsələyə belə münasibət bildirmişdi: "Ağrı dağı Türkiyədə ən yüksək dağdır. 5137 m. Sadəcə əmin etmək istərdim ki, faktlar karikaturistik diplomatiyada itib-batmır.”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol