• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyətində yeni TƏYİNATLAR

İcra hakimiyyətində yeni TƏYİNATLAR
22.04.2021 17:18
İsmayıllı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

Bununla bağlı icra başçısı Nahid Bağırov müvafiq sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Səlimov Əfqan Firudin oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ə.Səlimov 16 iyul 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alıb. 2016-2017-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci il tarixindən səfərbərliklə Vətən müharibəsinə yollanıb və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

İcra başçısının digər sərəncamına görə, Kərimov Namiq Hafiz oğlu isə RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

N.Kərimov 9 iyul 1986-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə (marketinq), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisaslarını bitirib.

Xatırladaq ki, N.Kərimov II dərəcəli dövlət qulluqçusudur və bundan öncə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol