• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib
24.04.2021 09:35
"Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Astara rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Yardımlı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Lənkəran rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.


"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Anews.az-a bildirilib ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Lənkəran Regional Qaz İstismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.


Onlayn görüşdə həmçinin artıq payız-qış mövsümünə hazırlıq işlərinə start verildiyi qeyd olunub. Buna görə də yerlərdə mümkün olan ərazilərdə küçə xətlərinin çəkilməsi ilə bağlı monitorinq aparılmasının önəmi vurğulanıb. Bildirilib ki, ayrı-ayrı şəhər və rayonlarda fərdi yaşayış evlərinin çoxaldığı küçələrdə "Azəriqaz” İB-nin daxili imkanları hesabına artıq daşıyıcı qaz xətləri çəkilir. Daha çox vəsait tələb edən və işin böyük həcmini təşkil edən bu prosesdən sonra hər bir vətəndaşın üzərinə yalnız "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə qazlaşmanı tamamlamaları qalır.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol