• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya səfirliyinə müraciət edib

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya səfirliyinə müraciət edib
24.04.2021 11:13
Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.


Anews.az müraciəti təqdim edir.


"Xanımlar və cənablar,


Hörmətli diplomatlar,


Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya "şəxsi səfər”ə gəlib. Bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib.


Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub.


Əvvələn, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, cənab Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş valid, yəni, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Araik Arutyunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?


Həmçinin xatırladırıq ki, 44 günlük müharibə dövründə Araik Arutyunyan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulmasına görə məsuliyyəti açıq-aşkar öz üzərinə götürüb. Bu, müharibə cinayətidir. Hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib.


Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Araik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?


Araik Arutyunyan Moskvaya Şuşada aşkar edilmiş "İsgəndər-M” operativ taktiki raket komplekslərinin (OTRK) detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb. Bir daha təkrar edirik: "İsgəndər-M” başqa ölkələrə ixrac edilməli olmayan OTRK-nın modifikasiyasıdır. Bu gün həmin raketlərin detalları Bakıda Hərbi Qənimətlər Parkında sərgilənib. Həmin detalların üzərində seriya nömrələri tam aydın görünür. Lakin təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir.


Eyni zamanda, "İsgəndər-M” raketləri barədə bizim suallarımıza cavab alınmayınca Araik Arutyunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır. Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri bunu qeyd etməyə məcburuq: Araik Arutyunyanın Moskvaya budəfəki səfəri Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır. Bir məqama diqqət yetirmək lazımdır ki, Rusiya təcavüzkar separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın ədalətli mövqeyini yaxşı başa düşməlidir.


Ona görə ümidvar olduğumuzu bildiririk ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.


Rufiz Qonaqov - "Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İB-nin rəhbəri


Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri


Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun rəhbəri


Əhməd Abbasbəyli – "Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin rəhbəri


Vüqar Xəlilov – CBC TV-nin rəhbəri


Rafiq Haşimov – AZTV-nin sədr müavini


Orxan Fikrətoğlu – müstəqil jurnalist


Anar Şükürov – ATV-nin Xəbərlər Redaksiyasının rəhbəri


Əflatun Amaşov – Mətbuat Şurasının sədri


Elçin Şıxlı, "Ayna-Zerkalo” qəzetinin baş redaktoru


Samir Adıgözəlov – "İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi" İB-nin rəhbəri


Rauf Arifoğlu, "Yeni Müsavat” qəzetinin baş redaktoru


Nüşabə Məmmədova – "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" İB-nin rəhbəri


Rəşad Məcid - "525-ci qəzet”in baş redaktoru


Araz Zeynalov – vesti.az saytının baş redaktoru


Səadət Bənənyarlı – "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İB-nin rəhbəri


Səltənət Qocamanlı – "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İB-nin rəhbəri


Namiq Mailov – "Region plyus” jurnalının baş redaktoru


Emil Mustafayev - Minval.az saytının baş redaktoru


Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru


Bəhram Bağırzadə - Əməkdar artist, "Parni iz Baku” ŞHK komandasının aktyoru


Həmid Həmidov - "Global Media Group”un media direktoru


Heydər Mirzə - hərbi jurnalist, analitik


Məhərrəm Zülfüqarlı – "İctimai Problemlərin Tədqiqi Assosiasiyası" İB-nin rəhbəri


Vyaçeslav Sapunov - jurnalist, bloger


Bəhram Batıyev – "Armiya.az” saytının baş redaktoru


Rizvan Hüseynov – tarixçi


Ramil İskəndərli – "Hüquqi Təhlil və Araşdırmalar" İB-nin rəhbəri


Şəlalə Həsənova – "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İB-nin rəhbəri”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol