Samuxda yas mərasiminə gələnlər cərimə ödəməli oldular

Aprelin 26-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qiyaslı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək yas mərasimini dayandırıb.
Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.
RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib