• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artistinin qızına cinayət işi açılıb

Xalq artistinin qızına cinayət işi açılıb
27.04.2021 17:33
Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıqovun qızı barəsində cinayət işi başlanılıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, xalq artistinin qızı Tamilla Sadıqova səhlənkarlıqda ittiham olunur.


T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də "Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib. Qida qəbulundan sonra isə texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra "Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb. 

T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

T.Sadıqova barəsində cinayət işinin istintaqı başa çatıb, iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aygün Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 28-ə təyin edilib. 

İş üzrə "Yüksəliş” İB və 70 zərərçəkən var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol