Azərbaycanda qayınana hamilə gəlinini döydü - VİDEO - Yeniləndi

Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:
"Qayınananın adı Girdənazdır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Əvvəllər heç vaxt gəlinini döyməyib. Əsəbləri pozulub, xəstəliyi oyanıb deyə böyüb. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır”.
R.Məmmədzadənin sözlərinə görə, hazırda qayınana polis tərəfindən saxlanılıb:
"Polis gəlib gəlinin qayınanasını apardı. Amma gəlin ondan şikayətçi deyil. Düşünür ki, ruhi xəstədir deyə, şikayət etməsin”.
--------------
Lənkəranın Yuxarı Nüvədi kəndində gəlin qayınanası tərəfindən döyülüb. Bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.
Videoda qayınana gəlinə şiddət göstərərək təhqir edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























