• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəxslərin vaksinasiyası məcburi olacaq? – “Ciddi karantin tədbirlərinə keçməliyik”

Azərbaycanda bu şəxslərin vaksinasiyası məcburi olacaq? – “Ciddi karantin tədbirlərinə keçməliyik”
28.04.2021 12:00
"Say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olmalıdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda əhalinin peyvəndlənmə prosesində aktiv olmamasına münasibət bildirərkən tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib: "İsraildə peyvəndlənmə könüllüdür, amma bu ölkədə əhalinin 80 faizi artıq vaksinasiya olunub. Nəticədə İsraildə çoxsaylı məhdudiyyətlər götürülüb. Azərbaycanda isə 1,4 milyon, yəni cəmi, 14 faiz insan ümumi vaksinasiyadan keçib. Görünən odur ki, ölkəmizdə insanlar vaksinasiya olunmaq istəmir. Eyni zamanda maska taxmaqdan da qaçmağa çalışır, sərt karantinin də əleyhinə çıxırlar.  Belədə isə könüllülük prinsipi gözlənilən nəticəni vermir”.


Mövcud vəziyyəti nəzərə alan həmsöhbətimiz bütövlükdə deyil, bəzi sahələr üzrə vaksinasiyanın məcburi olmasını dəstəkləyib: "Vaksinasiyanın məcburi olması ilə bağlı səslənən təklifləri müəyyən qədər dəstəkləyirəm. Müəyyən sahələr üzrə proses məcburi olmalıdır. Məsələn, məcburi vaksinasiya müəllimlərə şamil edilməlidir. Müəllimlər şagirdlərlə işləyir və bu zaman kütləvilik yaranır. Habelə səhiyyə sahəsində çalışanlar da məcburi vaksinasiyadan keçməlidirlər. Yəni, say tərkibi çox olan iri təşkilatlarda vaksinasiya tədbiri məcburi olsa daha yaxşı olar”.


Tibb elmləri doktoru Adil Qeybulla də düşünür ki, epidemoloji vəziyyət kəskinləşərsə, vaksinasiya məcburi xarakter almalıdır:"İndi virusun Hindistan ştamı dünyanı ciddi şəkildə təhdid edir.  Bu ölkədə gündə 3 min nəfər ölüm sayı müşahidə edilir. Belə olan halda epidemoloji vəziyyətin pisləşməsi ilə vaksinasiya da məcburi xarakter ala bilər. Azərbaycanda ictimai nəqliyatda, kafe, restoran, çay evlərində karantin qaydalarına ümumiyyətlə əməl etmirlər. Bu ciddi yoluxma  mənbəyidir. Ona görə hesab edirəm ki, daha ciddi karantin tədbirlərinə keçməliyik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol