Azad Rəhimovun vəfatı xəbəri təsdiqlənmədi - RƏSMİ

Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı xəbər doğru deyil, bunu anews.az-a açıqlamasında nazirliyin sözçüsü Səmayə Məmmədova məlumat verib.
"Azad Rəhimov Amerikada xəstəxanaların birində ağciyər xərçəngindən müalicə alır. Hazırda vəziyyəti ağırlaşıb. Amma ölməyi ilə bağlı yayılan xəbər doğru deyil", - deyə mətbuat katibi bildirib.
Azad Rəhimov bu ilin yanvarından səhhətində yaranan problemlərə görə, ABŞ-a müalicə almaq üçün yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























