• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana zirehli gödəkçə daşıyan yük maşınları Gürcüstandan buraxılmır - Video

Ermənistana zirehli gödəkçə daşıyan yük maşınları Gürcüstandan buraxılmır - Video
28.04.2021 14:27
Gürcüstan bir aya yaxındır ki, Rusiyadan zirehli gödəkçə daşıyan yük maşınlarının Ermənistana keçməsinə icazə vermir.

"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Lyudmila Manukyan öz feysbuk hesabında məlumat verib. Onun sözlərinə görə, yük maşınları 1 aydan çoxdur ki, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində saxlanılır.

İstifadəçi qeyd edib ki, yük maşınları 5 martda Moskvadan humanitar yük olaraq göndərilib. Martın 28-də Gürcüstanın nəzarət-buraxılış məntəqəsində sərhədçilər sürücülərin sənədlərini və yükləri götürərək yük maşınlarının hərəkətini qadağan ediblər. Manukyan sürücülərin təxminən bir aydır orada olduğunu, ancaq problemin hələ həll olunmadığını yazıb. O, paylaşımında nəzarət-buraxılış məntəqəsindən video yayımlayıb.

Sürücülərdən biri agentliyə açıqlamasında yük maşınlarının bir aya yaxındır nəzarət məntəqəsində olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Gürcüstan sərhədçiləri yüklərin "xüsusi təyinatlı mallar” kateqoriyasına daxil olduğunu və keçidi üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin tələb olunduğunu bildirib.

"Yükləri göstərdik, yüklərin zirehli gödəkçələrdən ibarət olduğuna və başqa bir şey olmadığına əmin oldular. Sonra qutular yenidən möhürləndi, biz isə sərhəddə icazə gözləyərək qaldıq”,- deyə agentliyin müsahibi qeyd edib.

Sürücü qeyd edib ki bütün yük maşınları gözləməkdən bezdikləri üçün Rusiyaya qayıtmağı planlaşdırırlar.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məsələ ilə bağlı Ermənistanın Gürcüstandakı səfirliyinin müvafiq qurumları ilə daim əlaqə saxladığını bildirib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol