• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib
28.04.2021 16:14
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Anews.az bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.

Məlumata görə, iclasda ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Holdinqin baş icraçı direktorunun müavini Zaur Qurbanov MŞ-nın fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.

İclasda Şuranın fəaliyyətində səmərəliliyin artırılması, Şirkətin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb, rəhbərləri və korporativ katibi təyin edilib.

MŞ-nın və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.

Xatırladaq ki, MŞ ölkə prezidentinin "Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol