• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsunun yeni icra başçısı - DOSYE

Ağsunun yeni icra başçısı - DOSYE
29.04.2021 17:57
Prezident İlham Əliyevin aprelin 29-da imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.

Bu, Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Rövşən Elmidar oğlu Bağırovdur. Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev ötən ilin noyabrında koronavirusdan vəfat etmişdi. 

Anews.az-ın məlumatına görə, Ağsunun yeni başçısı Rövşən Bağırov 2007-ci ildən bu günə kimi Lerik rayonuna rəhbərlik edirdi.

R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub.

1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.

1983-1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987-1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989-1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990-1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib, 1991-1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992-1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib olub.

1995-1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994-2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003-2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

2007-2021-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Ailəlidir, 3 övladı var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol