• $
  • €
  • ₽
  • ₺
  • £

"2,4 milyon dollar toplanıb, ABŞ-a getməyə hazırlaşırıq" - Tunarın anası

"2,4 milyon dollar toplanıb, ABŞ-a getməyə hazırlaşırıq" - Tunarın anası
29.04.2021 22:26
Uzun müddətdir I növ onurğa amiotrofiyasından (SMA) əziyyət çəkən Tunar Bağırovun xəstəliyinin müalicəsi üçün məbləğ toplanırdı. 


Məbləğin müəyyən hissəsi könüllü toplanıldıqdan sonra qalan hissənin tamamlanması üçün Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırdı.


Tunarın anası Səbinə Əliyeva AZXEBER.COM-a açıqlamasında Tunarın üçün lazım olan məğləğin toplandığını deyib.


O bildirib ki, xəstəxanadan dəvət gözləyirlər:


"2 milyon 400 min dolların müəyyən hissəsi toplanmışdı, qalan hissəsi də qarşılanacaq. Hazırda müalicə üçün isə xəstəxananın dəvətini gözləyirik. Xəstəxana dəvət etməlidir. Xəstəxana ABŞ-dadır, viza məsələsi də həll olunmalıdır. Buna görə hələlik dəqiq vaxt bilinmir. Bu gün xəstəxanadan bizimlə əlaqə saxladılar. Yəqin ki, növbəti həftə dəvət hazır olacaq. Gələn həftə görüş nəzərdə tutulur. Əsas odur ki, xəstəxana bizi qəbul edib, qiyməti də deyiblər". 


Səbinə Əliyeva qeyd edib ki, iki həftə sonra ABŞ-a getməyi planlaşdırırlar: 


"Əgər viza işləri həll olunarsa, iki həftə sonra ABŞ-a gedə bilərik. Biz Türkiyədə oturum işini həll edirdik ki, buradan gedək, bu səbəbdən də bir az gecikmələr oldu. Getmək o qədər də asan deyil. Çünki həkimlər əmin olmalıdır ki, mən uşağa ev şəraitində tam nəzarət edə bilirəm. Mən lazımi aparatlarla da işləməyi öyrənirəm, çünki bu, tələb olunur. Ona görə ki, əgər hər hansı gözlənilməz hallar olarsa, uşağa ev şəraitində yardım edə bilim. Ümid edirəm, yaxın günlərdə bunlar həll olacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol