• $
  • €
  • ₽
  • ₺
  • £

“İcra baçıları həbs edilən rayonların deputatları istefa versin”

“İcra baçıları həbs edilən rayonların deputatları istefa versin”
30.04.2021 13:28
"Həbs edilən icra baçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”.

Anews.az xəbər verir ki, bu barədə Real partiyasının sədri İlqar Məmmədov öz feysbuk hesabında yazıb. 

O, bir il əvvəl deputatlara etdiyi çağırışı xatırladıb və qeyd edib ki, icra başçısı həbs edilən rayonları təmsil edən deputatlar könüllü istefa verməli və yenidən seçkiyə qatılmalıdırlar: 

"Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işinə davam et.

İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol