Daha beş nəfər COVID-19 xəstəsi küçədə saxlanılıb

Polis əməkdaşları aprelin 30-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb, onlarla izahedici söhbət aparıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verir.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə xəbərdə bildirilib.
Polislər xəstələri tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























