• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşların kompensasiya ödənişi ilə bağlı narazı qaldığı icra başçısı DANIŞDI

Vətəndaşların kompensasiya ödənişi ilə bağlı narazı qaldığı icra başçısı DANIŞDI
03.05.2021 11:58
Bir neçə gündür sosial şəbəkələrdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı ilə sakinlər arasında mübahisəli məqamlara dair paylaşımlar edilir. 

Paylaşımlarda iddia edilir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin bir hissəsini tələb edir. İddialara görə, dağıdılan evlərin bərpası məqsədilə dövlətin müəyyən etdiyi ödənişi almaq üçün vətəndaşlar məbləğin 25 faizini icra başçısına verməlidirlər.

Sözügedən məsələyə aydınlıq gətirilməsi üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla əlaqə saxladıq. İcra başçısı Oxu.Az-a açıqlamasında haqqında yayılan iddialara cavab verib.

O bildirib ki, evləri dağılmış sakinlərə kompensasiya məbləğini icra hakimiyyəti yox, Nazirlər Kabineti ödəyir:

"Ödənişlə bağlı bütün məlumatlar Nazirlər Kabineti tərəfindən "Kapital Bank”a göndərilir. Ödəniş "Kapital Bank”ın açdığı kart vasitəsilə vətəndaşa təqdim olunur. Yəni, bu prosesin icrasında İcra Hakimiyyətinin heç bir rolu yoxdur. Kimin bu məsələ ilə bağlı şikayəti varsa, prokurorluğa müraciət edə bilər. 

Bilirsiniz ki, Tərtərə müharibə zamanı çox mərmi düşüb. Bu səbəbdən də dağıntılar çoxdur. Qeyd edim ki, bu günə qədər 1483 vətəndaşa kompensasiya ödənilib. Fövqəladə Hallar Nazirliyi, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi bu məsələ ilə bağlı birgə çalışır. Komissiya məsələni işləyir, hazırlanan sənədləri aidiyyəti üzrə Nazirlər Kabinetinin müvafiq qurumlarına təqdim edir. Proses yekunlaşdıqda isə vətəndaşlara kompensasiya ödənişi həyata keçirilir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol