• $
  • €
  • ₽
  • ₺
  • £

Bayram namazı ilə bağlı açıqlama

Bayram namazı ilə bağlı açıqlama
04.05.2021 10:03
"Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq”.

Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

QMİ nümayəndəsi bildirib ki, keçən olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq:
"Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Vətəndaşlarımız da fitrə zəkatlarını çıxararaq Allaha dua edəcəklər. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlar səbrli olmalıdırlar. Çünki Ramazan ayı özlüyündə səbrin göstəricisidir”.
Qeyd edək ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramla əlaqədar 9-15 may ölkədə qeyri-iş günüdür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol