• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyevin səhhəti pisləşib

İlham Mirzəyevin səhhəti pisləşib
30.05.2014 20:45
Aprelin 12-də Nərimanov Rayon Məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını bundan sonra daha bir vəkil müdafiə edəcək.Bu barədə AzNews.az-a eyni zamanda Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, həbsdə olan vitse-admiral Şahin Sultanovun da hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hər iki müvəkkili Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanıldığından onlarla eyni vaxtda görüşür. A.Məmmədovun sözlərinə görə, İlham Mirzəyevin əhval-ruhiyyəsi yaxşı olsa da, sağlamlığında olan problemlər yenidən özünü büruzə verməyə başlayıb:“İlham Mirzəyevin bir neçə xəstəliyi var. Bildiyiniz kimi belində və boynunda yırtıqlar var. İndi həmin xəstəlik daha da şiddətlənib. Onu da deyim ki, İlham Mirzəyevin hüquqlarını müdafiə etməyimin onun digər müvəkkilim Şahin Sultanovla eyni kamerada saxlanması ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, keçmiş teleaparıcı İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsi 178-ci maddə) ittiham olunur.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol