Qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























