• $
  • €
  • ₽
  • ₺
  • £

Din xadimi: "Kütləvi iftar süfrələrinin açılması doğru deyil"

Din xadimi: "Kütləvi iftar süfrələrinin açılması doğru deyil"
04.05.2021 10:38
"Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.

Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

Onun sözlərinə görə, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır:
"Bütün tələb olunanlar insanların sağlamlığı üçündür. Xəstəlik varsa orada ibadət ola bilməz. Eyni zamanda harada xəstəlik var orada dini ayinlərin icrası çətin olacaq. İnsanlar ailə üzvlərinin iştirakı ilə iftar süfrələrində dualar edərək mövcud problemin tezliklə aradan qalxmasını istəyə bilərlər”.
 
Hacı Surxan qeyd edib ki, kütləvi şəkildə bir araya gəlmək doğru deyil:
"Qoyulan şərtlərə ciddi əməl etməliyik ki, tezliklə əvvəlki vəziyyətə qayıda bilək. Məscidlərə onlayn şəkildə dualarımızı edirik və düşünürük ki, insanlara faydamız ola bilir. Gündəlik olaraq duaları eşidə bilirlər. Kütləvilik sadəcə xəstəliyin uzanmasına zəmin yaradır”.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Mayın 13-də isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol