• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər etiraf etdilər - Azərbaycan ərazisidir!

Ermənilər etiraf etdilər - Azərbaycan ərazisidir!
05.05.2021 22:14
Ermənilər də Xudavəng məbədinin Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu etiraf edirlər. Lakin məbəd kompleksini Azərbaycan ərazisində ermənilərin tikdiyinə və onlara məxsus olduğuna dair yalanlara yalnız özlərini və onlara havadarlıq edənləri inandırıblar. Azərbaycana qarşı ərazi iddiası ilə dünya ictimaiyyəti qarşısında çıxış edən bu ermənilər hələ də anlamırlar ki, ABŞ Rusiya Fransa və digər dövlətlərin diqqətini yalanları peşəkar şəkildə sırıdıqları üçün çəkiblər. İmperialist dövlətlər bu köçəri tayfaları eldən-elə köçürə-köçürə müəyyən qədər də olsa öz məqsədlərinə çatıblar. Bu məqsədlərin xaricində isə həmişə olduğu kimi yenə də ermənilər qaldılar.
Görünən odur ki, havadarları erməniləri Azərbaycanın Qarabağ və ətraf rayonlardakı qədim abidələrinə, kilsə və məbəd komplekslərinə sahib olduqlarına bu dəfə də yalnız inandırmaqla kifayətləndilər. Azərbaycanda yaşayan bütün xalqların İslamiyyətdən əvvəlki dini etiqadı Alban xristianlığı olub. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində yaşayan udilər bu dini etiqadlarını dövrümüzə qədər gətiriblər.
Alban-Udi dini icmasının nümayəndələri Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində Pasxa bayramını özlərinə məxsus dini ayinlərini icra etməklə həyata keçiriblər. Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bunu işğaldan azad olunan ərazilərdə təkcə infrastrukturun bərpası yox, həm də mənəvi ruhun oyanışı kimi xarakterizə edib.
Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov isə burada vəhdəti bütün dillərdə icra edilən ayinlərdə və dualarda gördüyünü deyir. Tolerantlıq isə yalnız Azərbaycana xas olan ən uca mənəvi dəyərdir.
 
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol