• $
  • €
  • ₽
  • ₺
  • £

Hesabat: Ermənistan müharibə dövründə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub

Hesabat: Ermənistan müharibə dövründə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub
06.05.2021 10:33
"Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlanılması və öz evlərindən qovulan azərbaycanlıların həmin illər ərzində aparılan sülh danışıqlarına baxmayaraq geri qayıtmalarına imkan verilməməsi birbaşa olaraq anti-Azərbaycan siyasətinin nəticəsidir. İşğalçı qüvvələr tərəfindən Azərbaycanın dövlət rəmzlərinin və tarixi abidələrinin, o cümlədən azərbaycanlıların mənəvi dəyərlərinin alçaldılması bunu sübut edir".

Anews.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib.

"Uzun illər Ermənistanın siyasi hakimiyyətində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində birbaşa iştirak etmiş şəxslərin olması müəyyən mənada aparılan danışıqların və sülhün bərqərar olmasını şübhə altına alırdı. 2018-ci ildən Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr də öz sələflərinin Azərbaycana qarşı nifrət dolu siyasətini davam etdirib, münaqişənin dərinləşməsinə və müharibənin baş verməsinə zəmin yaradacaq nitqlər söyləyiblər. 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində yaşayan ermənilərlə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan "Artsax Ermənistandır və nöqtə” deyərək, Ermənistanın gerçək niyyətinin əslində işğal siyasətini davam etdirmək olduğunu, məcburi köçkünlərin hüquqlarını heçə saydığını və azərbaycanlılara qarşı nifrət hissini bir daha açıq bir şəkildə ifadə edib.

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əkshücum hərbi əməliyyatları başladılıb. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin edib. Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq döyüş zonasından çox uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və əhalisi sıx olan digər şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub. Gəncənin və Bərdənin ümumilikdə 6 dəfə raket hücumuna məruz qalması nəticəsində 60 nəfər həyatını itirib, 200-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb", - hesabatda qeyd edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol