• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyatçı Hacı İlham Əliyevə hökm oxundu

İlahiyyatçı Hacı İlham Əliyevə hökm oxundu
06.05.2021 13:53
Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Prosesdə İlham Əliyev son sözlə çıxış edib. O, son sözündə elan olunmuş ittihamla razılaşmadığını deyib. Bildirib ki, İslam Partiyası möminlərin ianələri hesabına maliyyələşib.

O deyib ki, İranda konfransda iştirak edən zaman bir nəfər onlara maliyyə dəstəyi etməyi, kömək olmağı təklif edib: "Biz belə razılaşdıq ki, digər möminlər necə, onlar da o qaydada ianə edə bilərlər. Razılaşmamız da bu şəkildə olub ki, rəsmi qaydada ianə alınmayıb. Onlar bir neçə ay bizə yardım ediblər. Elə olub ki, aylarla ianə verməyiblər. Biz öz möminlərimizin dəstəyi ilə ayaq üstə qalmışıq.

Heç bir çıxışımda, müsahibəmdə, heç bir hərəkətimdə dövlət əleyhinə çıxmamışam. Nə öz fəaliyyətimdə, nə işlədilən saytda, nə də qəzetdə dövlət əleyhinə olmamışıq.

Vətənə xəyanət ittihamını sübut edəcək heç bir fakt yoxdur. Mən qətiyyən bununla razılaşmıram.

Bizim bütün fəaliyyətimiz göz önündə olub. Toplanan ianələr sayəsində ətrafımızda olan insanlara kömək etmişik. İndi bu yardımlar olub xəyanət . Bu günə qədər dövlətə qarşı heç bir əks fəaliyyətimiz olmayıb.

Buna görə də məhkəmənin ədalətli qərar çıxaracağına inanıram".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İlham Əliyev 16 il, Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror İlham Əliyevin 18 il, Mehman Rzayevin isə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İlham Əliyev ötən ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) və 192-cü (yalançı sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Mehman Rzayev də eyni maddələrlə ittiham olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.

Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol