• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Kazımovun səhhətində problem yaranıb

Ziya Kazımovun səhhətində problem yaranıb
06.05.2021 15:41
Vətən Müharibəsi iştirakçısı, Mayor Ziya Kazımovun səhhətində ciddi problem yaranıb.

Anews.az xəbər verir ki, bu barədə Unikal.org-a onun həyat yoldaşı məlumat verib. Xanımı bildirib ki, Z.Kazımovun səhhətində yaranmış problemlərə görə psixiatr müalicəsinə başlanılıb. Onun sözlərinə görə, zabitimizin səhhətində yaranan problem getdikcə mənfi nəticələrə gətirib çıxarıb:

"Son günlər Ziyanın psixoloji durumu, davranışları bizi narahat etməyə başlayıb. Bəzən həyatını təhlükə altına ata biləcəyini belə düşünürük. Müharibə dövründə aldığı kantuziya, bundan əlavə, adının haqsız yerə hansısa işlərdə hallanması vəziyyəti daha da kritikləşdirib. Hazırda ciddi müalicə və nəzarət altındadır. Ancaq daha mütəşəkkil müalicə üçün Türkiyəyə getməsinə icazə verilməsini istərdik. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyevdən, Birinci xanım Mehriban xanımdan dəstək istəyirik. Ümid edirik ki, bundan əvvəlki müraciətlərimizə müsbət cavab verildiyi kimi, Ziya Kazımovun həyatının təhlükə altında olduğunu nəzərə alaraq, onun Türkiyədə müalicə olunması üçün müvafiq göstəriş veriləcək”.

Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi, daha sonra isə ev dustaqlığına buraxıldı. Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol