AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























