• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişin mikroavtobusu qəza törətdi: 3 ölü, 8 yaralı var

Sərnişin mikroavtobusu qəza törətdi: 3 ölü, 8 yaralı var
30.05.2014 16:52
 Bakı-Qazax yolunda 3 nəfərin ölümü, 8 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə hadisə yolun 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb. Bakıdan Qazax rayonuna gedən 10 UB 126 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu yolun eyni hərəkət zolağında qarşı tərəfdə hərəkətdə olan Türkiyənin “Bayburt” yol-tikinti şirkətinə məxsus H 023 455 nömrə nişanlı “SHACHMAN” markalı yük maşınına arxa tərəfdən çırpılıb. Zərbənin təsirindən “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusun sürücüsü, 1978-ci il təvəllüdlü Mətiyev Ceyhun İlyas oğlu, eləcə də sərnişinlər - qardaşı 1985-ci l təvəllüdlü Mətiyev Səxavət İlyas oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Mətiyeva Susanə Nuşirəvan qızı, onların azyaşlı övladları - 2013-cü il təvəllüdlü Mətiyeva Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Mətiyev İbrahim Səxavət oğlu, eləcə də digər sərnişinlər - 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, 1965-ci il təvəllüdlü Quliyeva Zemfira İdris oğlu, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ailənin digər azyaşlı övladı - 2012-ci il təvəllüdlü Mətiyeva Fəridə Səxavət qızı və şəxsiyyəti hələ ki, məlum olmayan daha iki nəfər aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol