Əmioğlular ərzaq mağazasından qızıl oğurladı

Masallıda ərzaq mağazasından qızıl oğurlayan əmioğlular saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, Masallı şəhər sakini E.Abdinov Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib