• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar maaşdan şikayətləndilər

Deputatlar maaşdan şikayətləndilər
30.05.2014 13:20
“Müəllimlərin işdən ayrılmasının qarşısını almaq lazımdır”. ANS PRESS-in məlumatına görə, bunu parlamentin bu günkü iclasında millət vəkili Əli Məsimli deyib. O, təhsildə islahatları çox yüksək qiymətləndirdiyini vurğulayıb. “Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimləri pensiyaya çıxarmaq lazımdır. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır". Millət vəkili adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.Fazil Mustafa isə səhiyyə ilə bağlı məsələyə toxunub. O, bu sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib. "Azərbaycanda səhiyyə sahəsində ciddi problemlər var. Hər gün bütün millət vəkillərinə müraciətlər daxil olur. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi ləngiyir. Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu kifayət deyil. İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Azərbaycan müstəqilliyi dövründən bu yana bir nəfər də olsun səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əmək haqqıdan xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama palatasının hesabatında da göstərilir". ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol