• $
  • €
  • ₽
  • ₺
  • £

XTQ giziri Nigara evlilik təklifini efirdə edibmiş - VİDEO

XTQ giziri Nigara evlilik təklifini efirdə edibmiş - VİDEO
16.05.2021 19:30
Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Nigar Şabanova Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanıb.

"Qafqazinfo”nun məlumatına görə, sənətçi bununla bağlı öz instaqram səhifəsində qısa açıqlama yaydıqdan sonra həmin şəxsin kimliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Bundan sonra Şabanovanın bu ilin yanvarında "Həmin Zaur” proqramında qonaq olduğu buraxılış gündəmə gəlib.

Belə ki, verilişdə aparıcı Zaur Kamal bildirib ki, adını bilmədiyi şəxs televiziyaya gül buketi gətirərək Əməkdar artistə verilməsini istəyib. Həmçinin o, göndərdiyi açıqcada "XTQ-nin yaralı hərbçisi ilə evlənərsizmi?”, - deyə soruşub.

Nigar əvvəlcə bunun proqram heyəti tərəfindən qurma olduğunu iddia edib. Lakin daha sonra həmin şəxsin kim olduğunu təxmin etdiyini vurğulayıb:

"Bəlkə də o deyil, təxmin edirəm. O insan mənə yox, ailə üzvlərimə deyib. Fikri ciddidir. Hər bir qadının fəxri olar ki, hərbçi xanımı olsun. Hər zaman demişəm ki, pilot, gəmiçi və hərbçinin xanımı olmaram. Ona görə ki, xanımları onlardan qat-qat güclü olmalıdır. Çox həssas və ailəyə bağlı insanam. Elə biri ilə ailə qursam, sənəti belə unudar, daim onu düşünərəm. Onların həyatı çox ağırdır. Ən yaxşı xanımlara layiqdirlər”.

Qeyd edək ki, Nigar 2019-cu ildə Nəfsə adlı qızı övladlığa götürüb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol