• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əməkdar jurnalisti vəfat etdi - FOTO

Azərbaycanın əməkdar jurnalisti vəfat etdi - FOTO
16.05.2021 20:00
Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib.

Anews.az Report-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı "Pioner” jurnalında başlayıb.

Burada 15 il ərzində texniki redaktor və şöbə müdiri olub. 1973-1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb.
1996-2003-cü illərdə "Respublika" qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.

S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib.

O, "Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və əməkdar jurnalist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol