• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan daxili işlər naziri Dmanisiyə getdi

Gürcüstan daxili işlər naziri Dmanisiyə getdi
17.05.2021 15:52
Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmaların baş verdiyi Dmanisi şəhərinə gəlib.

Anews.az xəbər verir ki, bu barədə "İnterpress.ge" məlumat yayıb. Qomelauri çıxışında münaqişənin millətlərarası qarşıdurmaya çevrilməsinə imkan verməyəcəklərini və bütün günahkarların ciddi şəkildə cəzalandırılacağını bildirib.

"Etnik baxımdan azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır, əsrlər boyu birlikdə yaşayıblar, hamısı bizim qardaşlarımızdır. Bu mövzu millətlərarası polemikaya çevrilməməlidir. İstintaq başladılıb, dindirilmə davam edir”-, deyə Gomelauri bildirib. 

Polisin vəziyyəti niyə vaxtında həll edə bilmədiyi ilə bağlı suala isə Qomelauri "bu qədər böyük bir izdiham idarə edilə bilməz",-deyə cavab verib.

"Pis bir vəziyyət idi, sizinlə razıyam, əlbəttə insanlar çox tez toplandılar və qısa bir zamanda xaotik vəziyyət ortaya çıxdı. Dünəndən sonra əlavə qüvvələr cəlb edildi, lakin bu qüvvələr də yetərli deyildi. Təəssüf ki, bu qədər böyük bir kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərilib. Bu səbəbdən insanları və bu qarşıdurmanı anında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Buna imkan verməməliyik, bunun etnik bir məsələ olduğunu söyləyənlər bu ölkənin düşmənləridir”.

Onun sözlərinə görə, Gürcüstan parlamentinin millət vəkilləri də Dmanisiyə gələrək hər iki tərəflə görüşlər keçirəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol