• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-la uçmağın təhlükəsizlik olduğu bir daha təsdiqlənib

AZAL-la uçmağın təhlükəsizlik olduğu bir daha təsdiqlənib
17.05.2021 17:08
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Operational Safety Audit" (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə auditdən növbəti dəfə uğurla keçib.

Bu barədə Anews.az-a AZAL-dan bildirilib.

Məlumata görə, ilk dəfə distant formatda baş tutan bu audit yoxlaması AZAL-ın mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq edib. IOSA auditi (IATA-nın "İstismar Təhlükəsizliyinin Yoxlanılması" Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir. Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və s. kimi əsas fənlərin yoxlanılması daxildir. Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunub. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

"AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir” - deyə aviaşirkətin prezidenti Cahangir Əsgərov bildirib.

Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür. AZAL uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülüb. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın "Skytrax” konsaltinq şirkəti AZAL-ı nüfuzlu "4 ulduz" reytinqinə layiq görüb, eləcə də aviaşirkəti "Orta Asiya və Hindistan" bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol