• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan Laçında şəhid bulağında spirtli içki içməsi iddiasına CAVAB

Deputatdan Laçında şəhid bulağında spirtli içki içməsi iddiasına CAVAB
19.05.2021 10:05
Ötən gün Laçına gedən bir qrup şəxsin spirtli içkini şəhid bulağı olduğu iddia edilən yerdə soyutması barədə foto yayılıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu əməli edən şəxsin isə Laçından seçilən deputat Mahir Abbaszadə olduğu bildirilib. 


Anews.az xəbər verir ki, sözügedən müzakirələrdən sonra deputat Mahir Abbaszadə məsələyə münasibət bildirib. O, Oxu.az-a açıqlamasında həmin bulağın şəhid bulağı olmasını təkzib edib: "Azərbaycan Televiziyası özünün ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb. 


Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. Süfrəmizdə spirtli içki olmayıb. 


Bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçinin digər TV kanallarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da "Humay” bulağı adlanır, şəhid bulağı yox”.


Xatırladaq ki, bu ilə qədər 18 may günü Laçının Ermənistan tərəfindən işğal günü kimi qəbul edilmişdi. Bu il isə laçınlılar sözügedən tarixi Laçında keçiriblər.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol